Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun “ruslar və ukraynalılar qardaşdır” açıqlamasına - Reaksiya

Makronun “ruslar və ukraynalılar qardaşdır” açıqlamasına - Reaksiya

Tarix: 14 Aprel 2022 08:15

Ukrayna Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun "ruslar və ukraynalılar qardaşdır" açıqlamasına reaksiya verib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko verdiyi açıqlamada bu mifin dağıldığını bildirib.

"Rusiya və Ukrayna bəzi tarixi səbəblərə görə bir-birinə yaxındır, lakin Rusiya və Ukraynanın qardaş olması mifi 2014-cü ildə Krımın işğalı ilə dağılmağa başladı. Sözdə rusca danışanları qorumağa gəldilər, amma 8 ildə 14 min ukraynalını öldürdülər. Rusiya fevralda raket atmağa başlayanda bu mif tamamilə bitdi", - o qeyd edib.

Nikolenko Rusiyanın Ukraynaya hücumlarına toxunub:

"Qardaş uşaqları öldürmür, insanlara atəş açmır, qadınları zorlamır, qardaş kimi gördüyü millətin evini dağıtmır. Ən amansız düşmən belə müdafiəsiz insanlara bunu etməzdi. "Qardaş xalq" ifadəsini işlətməyə əsas yoxdur".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücumlarını soyqırımı kimi qiymətləndirdikdən sonra Makron Rusiyanın Ukraynada etdiklərini soyqırımı kimi qələmə verməkdən çəkinərək, "Bu gün belə terminlərə diqqət yetirməliyik, çünki ruslar və ukraynalılar qardaşdır" deyib.


Etiketlər:  Makronun ruslar ukraynalılar qardaşdır açıqlamasına Reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ