Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 09:02
Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkəti, müəssisə və təşkilatına qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin cümə axşamı yayılan məktubunda bildirilir.
Bildirilir ki, Avstraliyanın sanksiyaları yanacaq-energetika şirkətləri "Qazprom", "Qazprom Neft" və "Transneft", Rusiyanın avtomobil və mühərrik istehsalçısı "KAMaz", "Alrosa" almaz hasilatı şirkətləri qrupu, "Ruselectronics" holdinq və başqalarınadır.