Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 14:30
Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə münasibətləri tamamilə pozan Rusiya öz səlahiyyətləri çərçivəsindən kənara çıxmaqdan əl çəkməsə, Avropa İttifaqı ilə də eyni şeyi edə bilər.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
"Artıq işlər Avropa Şurası və AİHM ilə tam pozulub. Bu, məhz ona görə baş verib ki, bu strukturlar öz səlahiyyətlərindən kənara çıxıb və Rusiyanın daxili işlərinə müdaxilə ediblər. Əgər Avropa İttifaqı öz sərhədlərinə qayıtmasa, onunla da eyni şey olacaq", - senator Telegram kanalında yazıb.
O, Bloomberg xəbər agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumatı bu cür şərh edib ki. Məlumatda qeyd olunurdu ki, Avropa Komissiyası Rusiya prezidenti Vladimir Putinin Rusiyadan qazın pulunun rublla ödənilməsinə dair fərmanını təhlil edib və Aİ ölkələrinə xəbərdarlıq edib ki, bu, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Aİ-nin tətbiq etdiyi sanksiyaları pozur. "Bu, onların aləmində belədir. Əslində, Aİ-nin bu sanksiyaları beynəlxalq hüququ, Rusiyanın suverenliyini və nəhayət, Rusiya ilə qaz sahəsində əməkdaşlığı saxlamaqda maraqlı olan Aİ dövlətlərinin suverenliyini pozur", - Kosaçev bildirib.
Federasiya Şurasının vitse-spikeri xatırladıb ki, vaxtilə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Haqları Konvensiyasını sərbəst şərh edərək, Rusiyanı konstitusiyasını dəyişməyə məcbur etməyə çalışıb. "İndi Avropa Komissiyası da Aİ-yə daxil olmayan bir ölkənin prezidentinin qərarlarının qanundankənar elan edilməsini mümkün hesab edir", - parlamentar bildirib.
Onun fikrincə, hazırda Avropada və dünyada baş verən bütün münaqişələrin kökündə "Qərbin narsisizmi və onun hipertrofiyaya uğramış təkəbbürü, qaydalara əsaslanan nizam yaratmaq" dayanır.
Aslan Məmmədov