Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada genişmiqyaslı quruculuq işləri aparılır - VİDEO

Şuşada genişmiqyaslı quruculuq işləri aparılır - VİDEO

Tarix: 15 Aprel 2022 12:34

Şuşada yenidənqurma  və bərpa işləri aparılır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərdəki tarixi abidələr bərpa olunur, yeni müəssisələr tikilir.

Keçmiş poçt binası isə memarlıq üslubu saxlanmaqla əsaslı şəkildə təmir olunacaq.

İşğal dövründə yararsız vəziyyət salınmış dini-tarixi abidələr üzərində də işlər aparılır.

Bundan basqa, Bülbülün ev muzeyinin həyətində yay konsert zalı inşa olunur. 250 yerlik zalda bir cox tədbirlərin keçirilməsi nəzərdə tutulur. 960 şagird yerlik məktəb, 90 çarpayılıq xəstəxana da inşa edilir. Şuşada yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına başlanıb. Yeni beşulduzlu otelin inşası üçün də yer seçilib. Gələn ay Şuşada "Xarıbülbül" festivalı keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şuşada genişmiqyaslı quruculuq işləri aparılır VİDEO


RƏYLƏR