Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 14:04
İl ərzində yüzlərlə insan ya iş, ya da digər səbəblərə görə yaşayış yerini dəyişir.Bəziləri hətta həmin ərazidə qeydiyyata da düşməli olurlar. Yoxsa lazımi sənədləri toplamaqda problemlə üzləşirlər. Ancaq bəzən vətəndaşlar qeydiyyata alınmaq məsələsində də çətinlik çəkirlər. Yəni onlardan bunun üçün də müəyyən sənədlər tələb olunur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hüquqşünas Bəylər Məmişov bildirir ki, hər hansı yaşayış sahəsinə qeydiyyata düşmək üçün ilk növbədə həmin yer daşınmaz əmlakın reyestri xidmətində qeydə alınmalıdır.
Bəylər Məmişov bildirir ki, əvvəllər polis idarələrində müvəqqəti yaşayışla bağlı qeydiyyata düşmək mümkün idi. Artıq o qaydalar da ləğv olunub.
Hüquqşünas həmçinin qeyd edir ki, əgər vətəndaş yaşadığı ərazini 2 aydan çox müddətdə dəyişirsə, mütləq həmin ərazidəki polis idarəsinə müraciət edib yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.