Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 13:38
Paytaxtın Nərimanov rayonunda bəzi sakinlər, yaşadıqları ərazidə söküntü işləri aparan şirkətdən narazıdırlar. Onlar mənzillərin söküntüsünə görə onlara təklif edilən şərtlərlə razılaşmırlar. Əməkdaşlarımız qarşı tərəfdən də münasibət öyrənib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 22 ünvanında yaşayan 4 ailə, yaşadığı ərazidə tikinti işləri aparan şirkətlə razılığa gələ bilmir. Şirkət sözügedən ünvanda inşa ediləcək binadan mənzil təklif etsə də, şərtlər sakinləri qane etmir.
Sakinlər iddia edirlər ki, "Nərimanov ESTATE" şirkəti onlarla yekun razılığa gəlmədən mənzillərini sökməyə cəhd edir.
Ərazidə söküntü işləri aparan şirkətin layihə meneceri Mahir Fərzəliyev isə "Xəzər Xəbər"ə bildirdi ki, yaşayış üçün yararsız evlər qanuni şəkildə sökülür. Onun sözlərinə görə, 170 sakinlə ikitərəfli müqavilə imzalanaraq digər yerlərə köçürülüb, narazı sakinlərə də faktiki yaşadıqları mənzildən daha böyük yaşayış sahəsi təklif edilib.
Ekspertlər bu problemin və qarşılıqlı ittihamların məhkəmə müstəvisində həll oluna biləcəyini deyirlər.