Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəbiyevin komandası evdə xal itirdi

Nəbiyevin komandası evdə xal itirdi

Tarix: 17 Aprel 2022 21:34

Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqəsində meydana buraxılıb.
 
"Viktoriya" 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nəbiyevin komandası evdə xal itirdi


RƏYLƏR