Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Buçada onlar təkcə qadınları deyil, kişiləri də zorlayıblar, hər 5 sakindən biri qətlə yetirilib..."

Tarix: 18 Aprel 2022 12:48

"Rusların arzuları gözündə qalıb, Kiyevi ələ keçirə bilməyəklərini anlayandan sonra Buçada bu vəhşiliklər başlayıb".

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Kiyev vilayəti Buça şəhərinin meri Anatoli Fedorçuk bəyan edib.

"İlk günlər deyirdilər ki, Buçada, Ukraynada hansısa "nasistləri" axtarır və bizi onlardan xilas etmək üçün gəliblər. Yerli əhali tərəfindən dəstək almadıqlarını, Ukrayna Silahlı Qüvvələrinin isə hər gün onları atəş altında saxladıqlarını nəzərə alsaq, onlar anladılar ki, Kiyevi ələ keçirə bilməyəcək, bundan sonra bu vəhşiliklər başlayıb", - Fedorçuk qeyd edib.

Rusiya rəhbərliyi güman edir ki, o, öz hərbçilərinə dinc ukraynalıların qətlinə icazə verib.

"Onların Ukraynanın Kiyev vilayətində və başqa yaşayış məntəqələrində necə davrandıqlarını nəzərə alsaq, belə anlamaq olar ki, onlar Ukraynanın dinc əhalisinin məhvinə faktiki olaraq siyasi cəhətdən xeyir- dua alıb. Hazırda Çerniqov, Xarkov, Suma vilayətlərində törədilənlər barədə yeni faktlar üzə çıxıb.Belə faktlar, düşünürəm ki, Xerson vilayətində də olacaq. Mariupol barədə isə danışmağa dəyməz.

Əgər 600 minlik şəhər yerlə yeksan olunursa, hamı da yalnız hiddət hissi keçirirsə...Burada nədən danışa bilərik ki?", - Fedorçuk vurğulayıb.

Daha sonra o, deyib ki, rusiyalııar təkcə qadınları deyil, hətta kişiləri də zorlayıb.

Buçada Rusiya qüvvələri uşaq sanatoriyasının gözətşisini zorlayıb, kişi belə təhqirə dözməyib və dünyasını dəyişib.

"Qadınlar və qızlar barədə çoxsaylı cinayətlər törədilib. Allaha şükür, onlar sağdır, biz bu barədə ədəblə danışmağa çalışırıq. Mən bu mövzuya toxunmaq istəmirəm və məni düzgün anlamağınızı xahiş edirəm. Şəhər böyük deyil, hamı bir- birini tanıyır. Qadın və qızlarımızın nələri yaşadıqları barədə hər dəfə danışmağa dəyməz. Psixoloqlar onlarla məşğuldur. İnsan haqları üzrə müvəkkil və Baş prokuror onlara qəyyumluğu öz üzərinə götürüb. Allah eləsin ki, vəziyyətdən çıxa bilsinlər. Təəssüf ki, zərərçəkənlər çoxdur. Özü də təkcə qadınlar arasında deyil. 

"Orlyatko" uşaq sanatoritasının gözətşisi zorlanıb. Bu barədə ona görə danışıram ki, o, artıq həyatda deyil. Bu təhqirlərdən sonra kişi tab gətirməyərək dünyasını dəyişib", - Fedorçuk deyib.

Buça meri məlumat verib ki, şəhərin 403 dinc sakini Rusiya qüvvələri tərəfindən vəhşicəsinə incidilib və qətlə yetirilib.

"3- 3, 5 min sakin işğal yaşayıb. 403 mülki şəxs qətlə yetirilib. Bunu qoşun adlandırmaq olmaz. Bunlar cinayətkar dəstələrdir. Andrey Pervozvannı kilsəsində 80- 85 faiz güllə yaralarından qətllər baş verib. Bunlar mərmilərin partlaması və qəlpələrdən baş verməyib. Bu, məqsədyönlü şəkildə insanların gülləbaran edilməsidir. Şəhərdə hər beş sakindən biri güllələnib.

Sağ qalanlar Allaha və Ukraynanın Silahlı Qüvvələrinə minnətdardır ki, şəhəri azad ediblər", - Fedorçuk məlumat verib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhər sakinlərini ələ salıb.

"Müdaxilənin əvvəlindən gözə dəyən kişilər axtarışa məruz qoyulub, onları qurşağadək soyundurub əsgər, yaxud dinc vətəndaş olduqlarını aydınlaşdırmaq istəyib. Sonra isə işgəncələr və təhqirlər başlayıb. Şəhərin mikrorayonları təhqirlərin mərkəzinə çevrilib. Meyitlər əlləri bağlı, ənsə nahiyələrindən güllə yaraları ilə aşkar edilib. Bunkar vəhşicəsinə törədilən cinayətlərdir və bununla istintaq orqanları məşğul olacaq", - şəhər meri deyib.

Daha sonra mer bir epizod barədə danışıb.

"Buçadan keçərək Qostomeldən Kiyev tərəfə gedən bir ailənin güllələnməsinin şahidi olmuşam. Onlar təhlükəsiz yerə getmək istəyib. Amma atəşə məruz qalıb. Ər yaralı arvadını xilas etmək istəyib, Əsgərlərdən onu öldürməməyi yalvarıb, amma onlar yenidən atəş açıb. Hamilə qadın və uşaq yerindəcə həlak olub, yaralı isə xəstəxanaya düşüb. Əgər o, sağdırsa, axtarıb tapmaq istəyirəm", - Fedorçuk məlumat verib.

Onun sözlərinə görə, rusiyalılar əczaxanaya dərman almağa gedən insanları da güllələyib.

"İnsanlar evlərindən çıxaraq xilas olmaq istəyib, rusiyalıların bu cinayətkar dəstələri şəhərin bütün küçələrini gülləbaran edib. Praktiki olaraq şəhərdə qalan hər bir sakin rusiyalıların girovunda olub", - Fedorçuk belə deyib.

Milli.Az


Etiketlər:  Buçada onlar təkcə qadınları deyil kişiləri zorlayıblar hər 5 sakindən biri qətlə yetirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ