Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 15:02
Bu görüntülər əslində meşəlik ərazidə lentə alınıb. Amma ilk baxışdan hər birinizə zibil poliqonunu xatırladacaq. Hətta, deyərdim ki, vəziyyət bir az da belə davam edərsə burada ağacların sıxılığından deyil zibilin çoxluğundan hərəkət etmək mümkün olmayacaq. Belə bir mənzərə tovuzun qoşa kəndindəki meşəlikdə yaradılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sanki meşə yox zibil poliqonudur. Görüntülər Tovuz rayonunun Qoşa kəndindəndir.
Sakinlərin sözlərinə görə, meşəlik ərazisinin zibilliyə çevrilməsi ərazidə zibil qutularının olmaması ilə bağlıdır.
Meşə gözətçisi isə dəfələrlə ərazinin təmizləndiyini bildirir.
Məsələyə münasibət bildirən Çatax kənd inzibati ərazi dairəsinin rəhbəri Eldar Abbasov bildirib ki, ərazidə tullantı üçün qabların yerləşdirilməsi, eləcə də onların daşınması qurumun maliyyə imkanları xaricindədir. O, qeyd edib ki, sakinlərlə dəfələrlə profilaktik söhbətlər aparılıb. Belə hallara yol verməmək üçün onlara xəbərdarlıq edilib. Eldar Abbasov xatırladıb ki, meşəni zibilləyənlər mövcud qanunvericiliyin tələbləri əsasında inzibati məsuliyyətə cəlb edilməklə cərimələnə bilərlər.