Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 20:45
Stilist Elnur Həsənov müğənni Xatirə İslamın yeni klipindəki görünüşünü tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Deməsəm olmaz" verilişində danışıb. Elnur bildirib ki, ifaçının tərzində bəzi dəyişikliklərə ehtiyac var:
"Geyim tərzini bəyənmədim. Gərək orada uzun əlcəklər olsun. Beldə kəmər olmasını istəyərdim, düymə yaxşı deyil. Şəkil olsaydı, fotoşopla yığışdırardılar. Bəlkə klipdə belə deyil. Yəqin rejissor düzəliş edəcək.
Burada Xatirəni bəyənməməkdən söhbət getmir, mərd qızdır. Hər zaman deyirəm, dostları üçün hər şey edər. Hətta elə olub ki, dostlarına deyir, siz gedin filan şeyi pulsuz etdirin, mən paylaşaram, reklam edərəm. Mərdliyi, insanlığı tamamilə başqadır. Xatirənin görünüşünə bir az dəyişikliklər lazımdır. Son günlər arıqlayıb, qəşəg görünür. Üz cizgiləri çox qəşəngdir".