Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 10:38
Əməliyyatın təməl mərkəzi məncə Zap bölgəsidir. "Pəncə-Qıfıl" əməliyyat nəticəsində Avaşin-Basyan, eyni zamanda Metina bölgəsindəki terror düşərgələrinə möhür vurulacaq. Çünki 2016-cı ildən bəri keçirilən əməliyyat sahələrinə nəzər yetirdiyimiz zaman Zap bölgəsinin PKK tərəfindən Qəndildən sonra ən çox istifadə edilən sərhədlərimizə yaxın ərazi olduğunu görürük.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terrorçularına qarşı başladığı "Pəncə-Qıfıl" əməliyyatını şərh edən terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Ekspertə görə, əməliyyat bir neçə məqama görə xüsusi əhəmiyyət daşıyır:
"İlk olaraq, hərəkat bundan öncə keçirilən hərəkatları tamamlayıcı xüsusiyyətə malikdir. İraqın şimalındakı dağlıq sahələrinin tamamilə nəzarət altına alınması üçün bu hərəkat çox vacibdir. Əməliyyatın keçirildiyi ərazilər daha əvvəlki əməliyyat bölgələrindən qaçan terrorçuların sığındığı, toplandığı yerlərə çevrilib. Digər tərəfdən bölgə PKK-nın iddialı hərəkət etdiyi və təsir gücünə sahib olduğu simvolik önəmə sahibdir. Ötən əsrin 80-ci illərindən etibarən buralar terrorçuların yuvasına çevrilib. Mağaraları, sığınacaqları, mövqeləri, anbarları, silah və sursatları burdadır, ona görə bölgəyə girmək lazımdır. Sözügedən bölgənin hər qarışının PKK-dan təmizlənməsi lazımdır. Zapda terror təşkilatının motivasiyası qırılmalı, beli bükülməlidir. Zapa nə Peşmərgə, nə də İraq ordusu girə bilir, amma mehmetçik girir və terrorçuları yıxıb keçir. Beləliklə, Türkiyə Silahlı Qüvvələri PKK-nın özünə güvənini sarsıdır və onun başından böyük iddialarını məhv edir".
Abdullah Ağar "Pəncə-Qıfıl" əməliyyatının gələcəkdə keçiriləcək əməliyyatlar üçün istinad nöqtəsi olacağını qeyd edib:
"Pəncə-Qıfıl" əməliyyat bölgəsi daha sonra həyata keçiriləcək əməliyyatlar üçün körpü və dayaq nöqtəsi rolunu oynayacaq. Əməliyyatın konseptual ölçü baxımından önəmi isə odur ki, türklər və kürdlər qardaş kimi onu həyata keçirirlər. PKK əməliyyatla bağlı ən çox Şimali İraqdakı muxtariyyəti günahkar hesab edir. Nəcirvan Bərzani və Məsud Bərzani Türkiyə gəldi, cənab Ərdoğanla, Hulusi Akarla görüşləri oldu. Ortaya konkret bir mənzərə çıxır və PKK onlara qarşı çox hirslidir. Çünki hazırki əməliyyatın başlaması Bərzanilərin Türkiyəyə gəlməsi ilə əlaqəlidir".