Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradədən həyat yoldaşına eşq etirafı - FOTO

İradədən həyat yoldaşına eşq etirafı - FOTO

Tarix: 20 Aprel 2022 03:25

İl 2001 - yaşlarımız 21, bir-birimizə ilk salam verdiyimiz tarix. 2003-cü il, bu günlərin toxumunun səpildiyi il. 2009-cu il - münasibətlərimizin adını qoyduğumuz il. Həqiqətən biz bir-birimizi çox gözəl, məsəfəli, səviyyəli, hörmətli sevdik".

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

Sənətçi həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzərlə toylarından lentə alınmış fotosunu paylaşaraq, ona olan sevgisinin dilə gətirib.

"Sevgi hekəyamizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. Çoxları söylədilər ki, "bu iş olmaz". Mənim üçün bu həyatda hər şey odur (həyat yoldaşını nəzərdə tutur - Red). Həyatınızda sevdiyiniz nə varsa, bilin ki, yan-yana gətirən var. O istəyirsə olur, yoxsa yarpaq belə tərpənməz. Mənim sevgim ömürlükdür. Allah nə istəsə, o olur. Bilin, istədim".

Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl, 2009-cu ildə ailə həyatı qurub. İradə Ceyhun cütlüyünün İpək adlı qızı, Əli adlı oğlu var.


Etiketlər:  İradədən həyat yoldaşına eşq etirafı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ