Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb

Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb

Tarix: 20 Aprel 2022 12:12

10-12 iyunda keçiriləcak 2022 Formula 1 Azərbaycan Qran Prisina hazırlıqlar çərçivəsində Formula 1 trası - Bakı Şəhər Halqasında tikinti işlərinə start verilib.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BSH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

Onun sözlərinə görə, tikinti-quraşdırma işləri çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədilə beton blokların quraşdırılması prosesi başlayıb.

Builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində də tribunaların quraşdırılmasına başlanılıb. Trasla yanaşı Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə start verilir.

Milli.Az


Etiketlər:  Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb


RƏYLƏR