Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 16:24
Bərdədə fərdi təsərrüfatların birində 4 baş qaramal dərmandan zəhərlənərək tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyıb. Hadisəyə görə təsərrüfat sahibi aptekçini, aptekçi də təsərrüfat sahibini ittiham edir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib.
Təsərrüfat sahibi Yasəmən İsmayılovaya məxsus təsərrüfatda 4 baş qaramal tələf olub, 6 baş heyvanın vəziyyəti ağırdır. Tələfata baytarlıq aptekindən alınmış dərman preparatının səbəb olduğu iddia edilir.
Təsərrüfat sahibi baş verən hadisə zamanı ona 5 min manata yaxın ziyan dəydiyini deyir. O, hadisənin səhv dərman tətbiqi səbəbindən baş verdiyini və günahkarın baytarlıq apteki olduğunu iddia edir.
Dərmanları satan baytarlıq aptekinin satıcısı Niyaməddin Fətəliyev "Xəzər Xəbər"ə bildirdi ki, müştəriyə satdığı dərmanların keyfiyyətində heç bir problem olmayıb. Onun sözlərinə görə, təsərrüfat sahibi heyvanlarında "dəmiroy" xəstəliyi olduğu halda, səhv dərmanlar alıb və zəhərlənmə də bu səbəbdən baş verib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: