Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 04:03
Bağırsaqların dolu olması qarın nahiyədə diskomforta, köpməyə, bəzən də ağrıya səbəb ola bilir. Həzmin yaxşı getməməsi, bağırsaqların normal işləməməsi və defekasiyanın normal olmaması bizim qəbul etdiyimiz qidalarla əlaqədar olur. Normal qidalanma, bəzən dieta saxlamaq isə bağırsaqların işini yüngülləşdirməklə orqanizmin sağlam həyat sürməsinə səbəb olur.
Bağırsaqların normal işləməsi toksinlərin və şlakların oradan vaxtında xaric edilməsinə səbəb olur. Bu da orqanizmin sağlamlığı üçün mühüm sayılır. Bağırsaqların normal işləməməsinin səbəblərindən biri də həzm orqanlarının əzələlərinin yaxşı işləməməsidir. Bağırsaqların yaxşı boşalması üçün aşağıdakı qarışımdam istifadə edə bilərsiniz.
Lazım olanlar:
150 qram gavalı
150 qram xurma
5 stəkan qaynar su.
Hazırlanması:
Su qabda qaynadılır və meyvələr əlavə edilib 15 dəqiqə yenidən qaynadılır, soyumağa qoyulur.
İstfadə qaydası:
Hər səhər acqarına 1 xörək qaşığı qəbu edilir. Qarışım həzmi sürətləndirir, qəbizliyi aradan qaldırır, bağırsaqların yaxşı işləməsinə səbəb olur. Bu zaman da bağırsaqlarda yığılıb qalmış toksinlər orqanizmdən xaric olur.
Oxuduqlarınızı bəyəndinizsə, dostlarınızla paylaşıb onları da məlumatlandırın.