Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zoom” “zoombombing” qurbanlarına 85 milyon dollar ödəyəcək

“Zoom” “zoombombing” qurbanlarına 85 milyon dollar ödəyəcək

Tarix: 25 Aprel 2022 10:12

"Zoom Video Communications" "zoombombing" (prankerlərin təhqiredici mesajlar və şəkillərlə virtual seanslara daxil olması) təcrübəsindən əziyyət çəkən xidmət istifadəçilərinə 85 milyon dollar ödəyəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, şirkət 2020-ci ilin mart ayından may ayına qədər olan müddət ərzində qaldırılan iddialar çərçivəsində məhkəmə çəkişmələrinin nəticələrinə görə belə bir razılığa gəlib.

İddiaçılar şirkətin istifadəçilərin təhlükəsizliyini və məxfiliyini pozduğunu vurğulayıblar.

Xüsusilə, San Fransisko Lüteran Kilsəsi və "Oak Life" kilsəsi zərərçəkənlər arasında olub. Bildirilib ki, qanun pozucuları Müqəddəs Kitab dərsləri zamanı cinsi xarakterli müxtəlif şəkillər dərc edib, həmçinin bazar günlərindəki onlayn dini mərasimlər zamanı pornoqrafik görüntülər yayıblar.


Etiketlər:  Zoom zoombombing qurbanlarına milyon dollar ödəyəcək


RƏYLƏR