Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 08:44
Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski oxşardırlar. ABŞ və Böyük Britaniya sülh danışıqlarını uzatmaq üçün Ukraynaya təzyiq edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Onlar bir qədər oxşardırlar. Hər ikisində ictimaiyyət üçün işləmək, nəyisə təqlid etmək bacarıqları var", - Lavrov deyib.
"Nə ABŞ, nə də Böyük Britaniya Zelenskiyə danışıqları sürətləndirməyi məsləhət görmürlər. Onlar mövqelərini sərtləşdirməyi tövsiyə edirlər", - deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, Ukrayna İstanbul danışıqlarında təklif olunanları imzalamaqdan imtina edib.
Onun sözlərinə görə, bu, danışıqlar prosesində ən böyük geriyə addımdır.