Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəhərlənən idmançıların səhhəti necədir? - AÇIQLAMA - YENİLƏNİB

Zəhərlənən idmançıların səhhəti necədir? - AÇIQLAMA - YENİLƏNİB

Tarix: 26 Aprel 2022 13:56

13:52

Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində zəhərlənən 15 idmançı barədə açıqlama yayıb.

Federasiyadan Sonxeber.net-a verilən məlumata görə, 20 apreldən etibarən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycanın müxtəlif regionlarından olan 15-ə yaşa qədər yeniyetmə cüdoçuların təlim məşq prosesi təşkil edilmişdir. 30 aprelə qədər davam edəcək təlim məşq toplanışında məqsəd 6-8 may tarixlərində keçiriləcək 15-ə yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyinə regiondan olan cüdoçuları yüksək səviyyədə hazırlamaq və onların Bakı və Sumqayıtdan olan həmyaşıdları ilə rəqabət səviyyələrini yüksəltməkdir.

"Təlim məşq toplanışı təşkil edilərkən Azərbaycan Cüdo Federasiyası tərəfindən Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil. İndiyə qədər Azərbaycan Cüdo Federasiyası adıçəkilən idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün təlim məşq toplanışları və yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə olub.

Təlim məşq prosesi zamanı bəzi idmançılar özlərini pis hiss etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım gösətrildikdən və hərətəfli müayinə göstərildikdən sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib.

Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər.

Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.

İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün Federasiya dövlət orqanları ilə əməkdaşlıq edir.

Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq".

----------

09:48

Göygöl rayonunda kütləvi zəhərlənmə olub.

Göygöl rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət etmiş, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Zəhərlənən idmançıların səhhəti necədir AÇIQLAMA YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ