Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 21:22
Xarici mediada mütəmadi olaraq Rusiya Prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə xəbərlər yayılır. Bəziləri onkoloji xəstə olduğunu deyir, bəziləri da parkinsondan yazır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov yaxşı tanıdığı Rusiya liderinin səhhətindəki problemlərdən danışıb.
Bu barədə o, ukraynalı jurnalist Alesya Batsmanla müsahibəsində bəhs edib.
Jurnalist Puqaçovdan Putinin səhhəti və onun tezliklə öləcəyinə ümid edib-etmədiyini soruşub. Puqaçov cavab verib ki, bunu heç kim bilmir.
"Səhhəti yaxşıdır, yadımdadır, bir dəfə atdan yıxılıb onurğasını zədələdi. Bundan sonra iki ay pis yeriyib, uzanıb, korset geyinib. Bu, uzun illər əvvəl olub", - Putinin keçmiş dostu deyib.
O, əlavə edib ki, Rusiya rəhbəri heç bir onkoloji xəstəliklə bağlı onunla heç nə bölüşməyib:
"Onunla saunada özümüzü buxara verdik, belə bir şey görmədim".
Puaqçov Putini hansı sonun gözləyə biləcəyini də deyib: "Onun hərbi cinayətkar kimi tribunalda müttəhim kürsüsünə çıxmasını istəyərdim".