Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həmidə Ömərova: "Anam 6 il elə bildi ki, o mənim qızımdır" - VİDEO

Həmidə Ömərova:

Tarix: 27 Aprel 2022 21:55

Xalq artisti Həmidə Ömərova mərhum anasından danışıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, "Həmin Zaur" verilişinə qatılan aktrisa anasının ömrünün son 6 ilində "Altsheymer" xəstəliyindən əziyyət çəkdiyini bildirib. Ömərova anasının ona "Ana" deyərək çağırdığını da deyib. Xalq artisti anasının 3 gün ərzində itkin düşməsindən də danışıb:

"Anam 6 il elə bildi ki, o mənim qızımdır. Taleyin ironiyası. Anam itdi və səhəri gün mənə "Xalq artisti" fəxri adı verdilər. Hamı mənə zəng edib təbrik etdiyi bir zamanda, mən isə anamı küçə-küçə gəzib axtarırdım. 3 gün sonra anamı tapdım və ondan sonra namaz qılmağa başladım. Anamın şəklini böyüdüb, yoldan keçən insanlara göstərirdik.

Bizə söylədilər ki, "Səməd Vurğun" bağına adətən belə insanlar gəlir. Yayın qızmar istisində laborantım Zülfiyyə Eldar qızı ilə anamı axtarırdıq. Əsəb xəstəlikləri klinikasına daxil olduq. Bu an isə Xalq artisti Rasim Balayev mənə zəng vurub, söylədi ki "Sənə fəxri ad verəcəklər, gələcəksən?", cavab olaraq dedim ki, "Yox, anamı axtarıram".

Ətraflı videoda:

Milli.Az


Etiketlər:  Həmidə Ömərova Anam 6 il elə bildi ki o mənim qızımdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ