Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya - VİDEO

Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya - VİDEO

Tarix: 28 Aprel 2022 12:15

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl Bakıda "Lexus" markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsinə ironik yanaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bununla bağlı video çəkib və sosial şəbəkə hesabında yayımlayıb.

Başına kaska taxan və motosikletdə oturan Bağırzadə kənarda ona qışqıran "Korsan, bir bax da, az qala maşını vurmuşdun"  deyən şəxsə "Nə qışqırırsan? Qoymursunuz işləməyə" cavabını verib.  

Qeyd edək ki, Bəhram Bağırzadə bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.

Milli.Az


Etiketlər:  Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ