Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' üçün sürpriz baş məşqçi

''Fənərbağça'' üçün sürpriz baş məşqçi

Tarix: 28 Aprel 2022 20:54

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, çoxları İstanbul təmsilçisinin bu posta Xorxe Xesusu gətirəcəyini düşünsə də, "sarı-lacivərtlilər" planı dəyişib.

Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, "Fənərbağça" adıçəkilən ölkənin "Vitoriya Quimarayeş" klubunun çalışdırıcısı Pepayla danışıqlar aparır.

41 yaşlı mütəxəssisin  Super Liqa klubunu çalışdırmaq təklifinə müsbət yanaşdığı bildirilir. Təyinatın yaxın günlərdə açıqlanması ehtimalı da var. 

Qeyd edək ki, "Fənərbağça"ya Vitor Pereyranın gedişindən sonra İsmail Kartal rəhbərlik edir.


Etiketlər:  Fənərbağça üçün sürpriz baş məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ