Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Ayntraxt” - “Vest Hem” oyununda 3 qol vuruldu

Avroliqa: “Ayntraxt” - “Vest Hem” oyununda 3 qol vuruldu

Tarix: 29 Aprel 2022 07:24

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Almaniyada "Leypsiq" Şotlandiyanın "Reyncers" komandasını sınağa çəkib və minimal hesabla qalib gəlib.

"Vest Hem" isə doğma meydanda Almaniyanın digər təmsilçisi "Ayntraxt"la (Frankfurt) qarşılaşıb. "Ayntraxt" Avroliqanın 1/4 mərhələsində İspaniya nəhəngi "Barselona"nı mübarizədən kənarlaşdırlmaqla çoxunun təəccübünə səbəb oldu. Bu baxımdan, Frankfurt təmsilçisinin "Vest Hem"lə görüşlərinin nəticəsi maraqla gözlənilirdi. Almaniya təmsilçisi İngiltərə klubuna da səfərdə qalib gəlməyi bacarıb.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

Leypsiq (Almaniya) - Reyncers (Şotlandiya) 1:0
Qol: Anxelinyo, 85.
Baş hakim: Benoit Bastien (Fransa).

Vest Hem (İngiltərə) - Ayntraxt (Almaniya) 1:2
Qol: Antonio, 21 - Knauff, 1. Kamada, 54.
Baş hakim: Sərdar Gözüböyük (Niderland).

Milli.Az


Etiketlər:  Avroliqa Ayntraxt Vest Hem oyununda 3 qol vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ