Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə klubunda yaralanan Təranə: ''İstənilən qaz balonu göstərin, oradan sağ çıxmasaq...'' - FOTO

Gecə klubunda yaralanan Təranə: ''İstənilən qaz balonu göstərin, oradan sağ çıxmasaq...'' - FOTO

Tarix: 29 Aprel 2022 15:45

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva (Merlin Təranə) sosial şəbəkədə yeni paylaşım edib.

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, o, instaqram hesabında partlayışda xəsarət alan rəfiqəsi bloger Aysel Şükürlə yeni fotolarını yayımlayıb.

Təranə görüntülərə bu sözləri də əlavə edib:

"İstənilən qaz balonu göstərin oradan sağ çıxmasaq bu sənəti atırıq".

Fotolarda onların tamamilə sağaldığı və gümrah olduğu əks olunub. 

Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.


Etiketlər:  Gecə klubunda yaralanan Təranə İstənilən balonu göstərin oradan sağ çıxmasaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ