Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Biz məsələlərə real yanaşırıq

İlham Əliyev: Biz məsələlərə real yanaşırıq

Tarix: 29 Aprel 2022 16:18

Sülh və qarşılıqlı münasibətlərə gəldikdə, biz bu məsələlərə real yanaşırıq. Çünki biz anlayırıq ki, bu, asan olmayacaq. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda səsləndirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir, insanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır.

"O zaman sevdiklərini itirən insanların ağrı-acılarını anlayıram və başa düşürəm. Mən özüm də orada baş verən barbarlığı unutmayacağam. Çünki biz vəhşilikləri unutmamalıyıq, bu bizim tariximizdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Etiketlər:  İlham Əliyev məsələlərə real yanaşırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ