Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada vaksin sertifikatı tələbi ləğv olunacaq

İtaliyada vaksin sertifikatı tələbi ləğv olunacaq

Tarix: 29 Aprel 2022 22:42

COVID-19 epidemiyasına qarşı tədbirlər çərçivəsində mayın 1-dən etibarən İtaliya daxilində vaksin sertifikatı - "Yaşıl keçid kartı" ("Green pass") tələbi ləğv ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın səhiyyə naziri Roberto Speranza tərəfindən imzalanan müvafiq qərara əsasən, hətta peyvənd olunmayanlar belə iş yerinə qayıda biləcək və onlardan nəticəsi mənfi olan test tələb edilməyəcək. Peyvənd öhdəliyi 2022-ci il dekabrın 31-dək səhiyyə işçiləri üçün qüvvədə olacaq. Yaşı 50-dən yuxarı olanlar, hüquq-mühafizə orqanları və təhsil işçiləri üçün peyvənd öhdəliyi isə iyunun 15-dək qüvvədə qalır. Bu kateqoriyadan olanlar vaksinasiyadan keçmədikləri halda 100 avro cərimə olunacaqlar.

Səhiyyə orqanları tərəfindən xarici ölkələrdən gələnlərdən tələb olunan Sərnişin Yerləşdirmə Forması (Passenger Locator Form) mayın 31-dək qüvvədə qalacaq.

Qeyd edək ki, İtaliyada qoruyucu maska tələbi ictimai nəqliyyatda, qapalı məkanlarda və idman yarışlarında iyunun 15-dək davam edəcək.

Milli.Az


Etiketlər:  İtaliyada vaksin sertifikatı tələbi ləğv olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ