Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 16:38
Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb.
Rəsmi məlumata görə boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Bu da hər gün orta hesabla 42 boşanma deməkdir. Nədir bu boşanmalara səbəb? Ailələr niyə dağılır?
Sosioloq Əhməd Qəşəmoğlu boşanmaların səbəblərindən danışıb.