Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 18:30
ABŞ həkimləri 5-ci tip fosfodiestaraza ingibitorlu dərmanların sağlamlığa fəsadları barədə açıqlama verib.
Kişilərdə cinsi zəifliyə qarşı populyar "Viaqra" və "Sialis" dərmanları kişilərin gözünə çox mənfi təsir edir.
Sonxeber.net Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-ın icbari tbbi sığorta üzrə tədqiqatçıları 215 min amerikan kişi üzərində araşdırma aparıb.
Məruzədə deyilir ki, onlardan yarıdan çoxunda dərmanın təsirindən gözlərdə problem, zəifləmə müşahidə edilib.
ABŞ-da cinsi zəifliklə bağlı hər il 20 milyon kişiyə "Viaqra" təyin edilir.
"Viaqra"nın səbəb olduğu 3 əsas göz xəstəliyi bunlardır:
- Torlu qişanın laylanması
- Torlu qişada tromblar əmələ gəlməsi
- İçemik nevropatiya
Ayda 4 dəfədən artıq "Viaqra" dərmanı qəbul edənlərdə gözlərdə qan dövranı damar pozulması müşahidə edilir.
Xüsusən öncədən, gəncliyindən gözlərində problem olanlarda dərmanlar 2 dəfə artıq mənfi fəsad göstərib.
"Viaqra" qəbul edən kişilər hər hansı gün gözlərində qəfildən yaranan qara ləkələnmə, göz önündə uçuşan obyekt, görmənin pisləşməsini hiss etsələr, mütləq oftalmoloqa müraciət etsinlər.