Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 19:18
Mariupoldakı "Azovstal" müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyyəsi yenicə başlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Azovstaldan mülki əhalinin təxliyyəsinə başlanılıb. Təxminən 100 nəfərdən ibarət ilk qrup artıq nəzarət edilən əraziyə yollanır. Biz onları sabah Zaporojyedə qarşılayacağıq. Komandamıza təşəkkür edirik! Hazırda onlar BMT nümayəndələri ilə birgə zavodda qalan mülki şəxslərin təxliyəsi üçün işləyirlər".