Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gecə kraliçası'' ləqəbli müğənni vəfat etdi

''Gecə kraliçası'' ləqəbli müğənni vəfat etdi

Tarix: 2 May 2022 11:58

Tanınmış fransalı müğənni Rejin (tam adı Rejin Silberberq) vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, ötən gün 92 yaşında Parisdə təbii səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, "Gecə kraliçası" ləqəbli Rejin bu adı Avropa və ABŞ-ın 25 şəhərində sahib olduğu 20-dən çox gecə klubu ilə qazanıb. Onun təşkil etdiyi əyləncələrdə Jan-Pol Belmondo, Alen Delon kimi məşhurlar iştirak edib. O, 1940-1950-ci illərdə Fransa elitasına məxsus şəxslərə dəbli rəqslərdə oynamağı öyrədib. Rejin müxtəlif ekran işlərində bir neçə komediya rolunu da ifa edib. Müğənninin ilk evliliyindən bir oğlu var.


Etiketlər:  Gecə kraliçası ləqəbli müğənni vəfat etdi


RƏYLƏR