Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"nın futbolçusu yeni rekorda imza atıb

Tarix: 2 May 2022 13:06

İspaniyanın "Barselona" klubunun futbolçusu Xordi Alba yeni rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu buna "Malyorka"ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIV tur oyununda nail olub.

Komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalan təcrübəli müdafiəçi cari mövsüm 9-cu assistini edib. Bu, son 10 ildə Kataloniya təmsilçisinin arxa xətt oyunçuları üçün rekord göstəricidir.

"Barselona" tarixində bir mövsümdə daha çox məhsuldar ötürmə verən müdafiəçi isə Daniel Alveşdir. Braziliyalı futbolçu 2011/2012 mövsümündə 11 dəfə buna müvəffəq olub.

Milli.Az


Etiketlər:  Barselonanın futbolçusu yeni rekorda imza atıb


RƏYLƏR