Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin ən önəmli gecələrindən biri baş tutdu - FOTOlar

İlin ən önəmli gecələrindən biri baş tutdu - FOTOlar

Tarix: 3 May 2022 13:25

Ötən gecə Nyu-Yorkda Metropoliten muzeyində ilin ən önəmli gecələrindən biri "Met Gala 2022" baş tutub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, hər dəfə olduğu kimi yenə də gecədə ulduzlar geyimləri ilə yarışa giriblər. Gecənin əsas geyim mövzusu "Qızılı qlamur" idi. Moda evləri XIX əsrin sonlarını öz geyimlərində əks etdirməli idilər. 

Gecənin geyim mövzusunu tərtib edən "Vogue"un baş redaktoru Anna Vintur Mark Tven və Çarlz Uornerin "Qızıl dövr" əsərindən ilhamlanıb. 600 qonağın yer aldığı mərasimdə qırmızı xalıda diqqət çəkənlər arasında Kim Kardaşyan olub. O, Merlin Monronun geyimi ilə gecəyə qatılıb. O bildirib ki, bunun üçün 7 kiloqram çəki atıb. 

Niki Minaj isə "Burberry" brendinin geyimini seçib. Onun libasının bədən ölçülərinə uyğun olmaması diqqət çəkib. Model Kara Delevin sinə dekolteli libasla qırmızı xalıda göz oxşayıb. 

Bill Ayliş isə "Gucci"nin gecənin konsepsiyasına uyğun hazırlanan paltarını geyinib. Heuli Biber isə Cerri Hollun "YSL Spring 2002 Couture" dəfiləsindəki obrazını təkrarlayıb.

Milli.Az


Etiketlər:  İlin ən önəmli gecələrindən biri baş tutdu FOTOlar


RƏYLƏR