Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu 2 saata Kişinyovu götürəcək - Gerasimçuk

Rusiya ordusu 2 saata Kişinyovu götürəcək - Gerasimçuk

Tarix: 3 May 2022 19:06

Moldova üçün Rusiyanın işğal etdiyi regiondan - Dnestryanıdan təhlükə var, təcavüzkarın dəstəyi ilə Kişinyov ələ keçirilə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "Ukrayna prizması" analitik mərkəzinin icraçı direktorunun müavini Sergey Gerasimçuk deyib.

O xatırladıb ki, Rusiya tərəfindən işğal edildiyi üçün Moldova Dnestryanıya nəzarət etmir:

"Hərbi əməliyyat olarsa, Dnestryanıdan hücum ola bilər. Rusiyanın orada saxladığı qüvvələr və əlavə olaraq Dnestryanıdakı qanunsuz silahlı birləşmələr Moldova üçün ciddi problem yaradır. Məsələn, moldovalı həmkarlarım deyir ki, Kişinyovun müdafiəsi iki saatdan çox olmayacaq - bu, qoşunların Dnestryanı ilə inzibati sərhəddən Kişinyova çatması üçün lazım olan vaxtdır".


Etiketlər:  Rusiya ordusu saata Kişinyovu götürəcək Gerasimçuk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ