Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 07:12
Bakı. Trend:
Kanadanın Missisoqa şəhərində (Ontario vilayəti) baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalı bildirib.
Məlumata əsasən, hadisə sentyabrın 14-də axşam saatlarında baş verib. Hadisə yerinə gələn polis öldürülən kişinin, qadının və iki yeniyetmənin də olduğu dörd yaralanan şəxsləri tapıb.
Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin