Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azovstal”da Ukrayna qüvvələrinə hücum etdik - Rusiya

“Azovstal”da Ukrayna qüvvələrinə hücum etdik - Rusiya

Tarix: 3 May 2022 20:30

Rusiya Müdafiə Nazirliyi Mariupoldakı "Azovstal" zavodunda təxliyələr nəticəsində həyata keçirilən atəşkəs rejimini pozan Ukrayna qüvvələrinə hücuma keçdiklərini açıqlayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Vadim Astafyev açıqlamasında fabrik ərazisində olan Ukrayna ordusu və Azov batalyonunun üzvlərinin mülki əhalinin təxliyəsi üçün atəşkəsin tətbiq olunduğu səssizliyi pozduğunu bildirib.

"Onlar fabrik sahəsinin zirzəmilərindən çıxıb, tarlada və zavod binalarında atəş mövqelərini tutublar. Rusiya ordusu və (qondarma) Donetsk Xalq Respublikası qoşunları haubitsa və təyyarələrdən istifadə edərək bu atəş mövqelərini məhv etməyə başlayıblar", - deyə Astafyev əlavə edib.

Qeyd edək ki, ötən həftəsonu Rusiya ordusu Azovstal fabrikindən mülki şəxslərin təxliyəsi üçün atəşkəs rejimi elan edib, qarşıdurmaları dayandırıb və mülki şəxslərin oranı tərk etməsi üçün təxliyə dəhlizi yaradıb. Təxliyə əməliyyatında Birləşmiş Millətlər Təşkilatının (BMT) və Beynəlxalq Qızıl Xaç Təşkilatının üzvləri də iştirak edib və 100-dən çox mülki şəxs fabrikdən çıxarılaraq təhlükəsiz yerlərə aparılıb.


Etiketlər:  Azovstalda Ukrayna qüvvələrinə hücum etdik Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ