Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 04:35
Azərbaycanlı model ondan yardım istəyən izləyicisini təhqir edib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, bu barədə "Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynova sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
İzləyicisi modelə müraciət edərək imkansız olduğunu və övladlarına baxmaq üçün 30 manat pul istədiyini yazıb. Səmra isə izləyicisinin ona müraciətini paylaşaraq "Pul insanı dəyişdirir. Mənə iyrəncsiniz deyənlər indi pul yardımı istəyirlər. Ruhunuzu satmısınız çoxdan",- deyə qeyd edib.
Qeyd edək ki, Səmra Hüseynova "10 min dollardan aşağı soyunmuram" açıqlaması ilə gündəmə gəlmişdi.