Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 10:12
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın “Norviç”ə qarşı dünənki matçdakı məğlubiyyətdən (2:3) sonra lider “Liverpul”la aralarında yaranmış 5 xallıq fərqə zarafatla münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında o, yumorla deyib: “Liverpul”, səni təbrik edirəm. Çempionsan! İndi sentyabrdı? Nə olsun ki...”
Qvardiola bildirib ki, komandası bundan sonrakı oyunlara köklənəcək.