Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 10:14
"Əslində müəllimlərin tələbələrə qarşı əxlaqsız təkliflər etməsi universitet vaxtında həmişə olub, var və olacaq da".
Sonxeber.net xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı son günlər qadın və qızlara qarşı edilən qısnamalara münasibət olaraq bildirib.
Onun sözlərinə görə, cəmiyyətdə bu halların artmaması üçün addımlar atılmalıdır:
"Qadınlar üzərində hazırda çox böyük qısnamalar var. Hazırda bu problemlərin artmasında səbəb mentalitetimizə cılız mövzuları qatmağımızdır. Amma bu halın dərəcəsi nə qədərdir, bu gün sözügedən hadisənin cəmiyyətdə nə qədər yayılması məsələsi çox önəmlidir və yenə də hər şey gəlib sistem üzərinə çıxır.
Mən dəfələrlə bunu qeyd etmişəm ki, istər müəllim, istərsə də qeyri-peşədən olan şəxslər işəqəbul prosesində psixoloji testlərdən keçirilməlidir. Onlar haqqında psixoloq rəyi olmalıdır. İnsanların aqressiya şkalasını, sosial adaptasiyasını ölçmək üçün testlərdən keçirmək lazımdır", - deyə qeyd edən F.Mehmanqızı bu yolla xoşagəlməz halların qarşısının alına biləcəyini diqqətə çatdırıb.