Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afət Fərmanqızıdan tənqidlərə cavab: "Kiminsə ərini yanımda otuzdurmamışam" - VİDEO

Afət Fərmanqızıdan tənqidlərə cavab:

Tarix: 5 May 2022 16:40

"Oğlumun atası xaricdə evlənib. Onun 25 yaşı var, hələ də ona doğum günü keçirtməyib. İnsanlara əziyyət verməyi xoşlamıram. Çağırırlar 300-500 nəfər pul yığmaq üçün toy edirlər. Mən isə belə etməyəcəyəm. Öz dostları ilə ailəvi yığışıb, getsinlər hovuz kənarında əylənsinlər".

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Sən də bəzi müğənnilər kimi bir bəy tapıb, yanında əyləşdirmisən?" sualına sənətçi belə münasibət bildirib:

"Bəyin də, mənim də toy yaşımız deyil. Biz özümüzə kiçik yığıncaq etdik. Orada Təranə Qumral, Manaf Ağayev, Vasif Məhərrəmli iştirak etdilər. Yanımda da hamı bəyi gördü. Mamed, məclisin yuxarı başında idi. Kiminsə ərini yanımda otuzdurmamışam. Mən tənqid edən adamlara, irad bildirirəm. Adama deyərlər ki, sən niyə irad bildirirsən? Mamed məndən daha əvvəl ayrılıb. Onun keçmiş həyat yoldaşından üç övladı var. 17 il əvvəl mənə söz göndərmişdi, amma mənim o zaman başım karyerama qarışmışdır".

"Mənim gecə həyatım yoxdur" deyən A. Fərmanqızı fikirlərini belə davam etdirib: "Toydan çıxıb evimə gəlirəm. Gecə həyatı yaşamaq istəyən insan ailə həyatı qurmaq istəmir. O məqsədlə ki, ər manə olacaq gecə həyatı yaşamağa. Mən axı niyə ailə qurmayum ki?!".

Qeyd edək ki, Rusiya vətəndaşı və iş adamı Mamed Nanacanovla ailə həyatı quran müğənni Afət Fərmanqızı Rusiyaya köçüb.

Milli.Az


Etiketlər:  Afət Fərmanqızıdan tənqidlərə cavab Kiminsə ərini yanımda otuzdurmamışam VİDEO


RƏYLƏR