Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 15 Sentyabr 2019 18:33

Bakı. Trend:

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


Etiketlər:  Türkiyə Respublikasının Vitse prezidenti Azərbaycana rəsmi səfərə gəlib


RƏYLƏR