Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadan qonşu ölkələrə 5,7 milyondan çox qaçqın gəlib

Ukraynadan qonşu ölkələrə 5,7 milyondan çox qaçqın gəlib

Tarix: 5 May 2022 18:42

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri qonşu ölkələrə Ukraynadan 5,7 milyondan çox qaçqın gəlib, son sutka ərzində onların sayı 50 mindən çox artıb.

Sonxeber.net TASS-a istinadən bildirir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi bildirib.

İdarənin saytında yerləşdirilmiş məlumata görə, fevralın 24-dən mayın 4-dək Ukraynanı tərk edənlərin sayı 5 milyon 707 min 967 nəfərə çatıb. Son sutka ərzində 50 min 782 qaçqın qonşu dövlətlərin sərhədlərini keçib. BMT QAK-ın məlumatına görə, göstərilən müddət ərzində Rusiyaya 714 713, Polşaya 3 119 196, Rumıniyaya 854 292, Macarıstana 545 311 qaçqın gəlib.

Aslan Məmmədov


Etiketlər:  Ukraynadan qonşu ölkələrə milyondan çox qaçqın gəlib


RƏYLƏR