Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar uduzdu

Şəhriyar uduzdu

Tarix: 5 May 2022 23:00

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" şahmat turnirinin birinci turunun oyunları keçirilib.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk görüşdə ABŞ təmsilçisi Uesli Soya məğlub olub.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic" turnirinin qalibi adına layiq görülüb.

Milli.Az


Etiketlər:  Şəhriyar uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ