Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tamaşaçılar dünya klassik musiqisindən həzz ala bildilər - VİDEO - FOTO

Tamaşaçılar dünya klassik musiqisindən həzz ala bildilər - VİDEO - FOTO

Tarix: 6 May 2022 10:06

4 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq Artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Abdullanın konserti keçirildi. Həmin axşam zaldakı tamaşaçılar dünya  klassik musiqisi əsərlərindən həzz ala bildilər. Konsert proqramına müxtəlif musiqi üslubunda əsərlər daxil idi: Volfqanq Amadey Motsartın Fortepiano və orkestr üçün Konserti (N20 d-moll), Frans Şubertin Alleqro Assai (D.703), Pyotr İliç Çaykovskinin simli alətlər üçün Serenada op.48

Z.Abdullanın emosional və ilhamlandırıcı ifası heç kəsi biganə qoymadı. Pianoçu "BİS" Fridrix Şopenin cis-moll Nokturnunu ifa etdi. Rəngarəng musiqili gecə gurultulu alqışlarla başa çatdı.

Milli.Az


Etiketlər:  Tamaşaçılar dünya klassik musiqisindən həzz ala bildilər VİDEO FOTO


RƏYLƏR