Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turanə “Netflix” üçün filmə çəkilir

Turanə “Netflix” üçün filmə çəkilir

Tarix: 6 May 2022 20:35

Aparıcı və aktrisa Turanə Hüseynli "Netflix" platformasında yayımlanacaq filmdə rol alacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınacaq.

"KakP" adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni "Disney+ Hotstar" şirkəti ərsəyə gətirir.

Qeyd edək ki, T.Hüseynli indiyədək "Xosrov və Şirin", "İfşa" seriallarında, "Həmrəylik" filmində rol alıb. O, həmçinin "Müasir Azərbaycan Gənci", "Oralar", "Sabahın xeyir, Azərbaycan!", "Haradasan bu vaxtacan?" verilişlərində aparıcılıq edib.

Milli.Az


Etiketlər:  Turanə Netflix üçün filmə çəkilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ