Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu içki sizi xərçəngdən qoruyacaq

Bu içki sizi xərçəngdən qoruyacaq

Tarix: 8 May 2022 20:45

Dünyadakı hər insan gündə ən azı iki fincan qəhvə içsə, yüz minlərlə insanı ölümcül qaraciyər xərçəngindən xilas etmək olar.

Avstraliyalı alimlər hesab edir ki, gün ərzində iki və ya üç stəkan qəhvə içmək xərçəngə yoluxma şansını 38%, bu xəstəlikdən ölmə riskini 46% azaldır. Əgər bir gündə dörd stəkan qəhvə içsəniz, bu rəqəmlər müvafiq olaraq 41% və 71% olacaq.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, araşdırma qrupu 2016-cı il ərzində qaraciyər xərçənginə yoluxan şəxslərin səhhəti ilə bağlı məlumatları təhlil edib. Həmin il qaraciyər xərçəngindən 240 mindən çox insan ölüb.

Elm adamları bu insanlar arasında qəhvə istehlakına dair statistikanı da tərtib ediblər.

Məlum olub ki, gündə iki stəkan qəhvə qəbulu 452 861 xəstənin qaraciyər xərçəngindən ölməsinin qarşısını ala bilərdi. Əgər xəstələr dörd stəkan kofe içsəydilər, onda 723 287 nəfəri xilas etmək olardı.

Alimlər hesab edir ki, ölümcül xəstəlikdən qorumaq üçün insanlar gündəlik qida rasionlarına qəhvə əlavə etməlidirlər.


Etiketlər:  içki sizi xərçəngdən qoruyacaq


RƏYLƏR