Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Starbucks"-da etiraz: Özlərini stula yapışdırdılar - Biri məşhur aktyordur - FOTO

Tarix: 12 May 2022 09:14

"Yaşıl mil" filminin ulduzu Ceyms Kromvel özünü Nyu-Yorkdakı "Starbucks" qəhvəxanasının masasına yapışdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu yolla içkilərdə bitki mənşəli südün qiymətinin artırılmasına qarşı çıxıb.

"13 mindən çox müştəri sizdən xahiş etdi və biz də xahiş edirik ki, veqan südünün qiymətini artırmağa son qoyasınız. Siz özünüzü zənginləşdirərkən müştərilər, heyvanlar və təbiət əziyyət çəkir", - deyə 82 yaşlı sənətçi etiraz edib.

Onunla birlikdə daha bir neçə etirazçı əllərini masalara yapışdırıblar.

Polis aksiyanın keçirildiyi yerə gəlib. Qəhvəxana qısa müddətə bağlanıb. Etirazçılar masaların üz qabığını soyaraq aksiyanı dayandırıblar.

Hadisə şahidlərinin sözlərinə görə, əks halda onlar həbs oluna bilərdilər.

Milli.Az


Etiketlər:  Starbucks da etiraz Özlərini stula yapışdırdılar Biri məşhur aktyordur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ