Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etiraz doğurdu - FOTO

Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etiraz doğurdu - FOTO

Tarix: 12 May 2022 15:08

Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etirazlara yol açıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Yunanıstan mediası yeni sənədlərin üzərində Ayasofiya məscidinin yer almasını Türkiyənin güc nümayişi kimi təqdim edib. Məsələ barədə Yunanıstanın nüfuzlu media qurumları olan SKAİ TV və Kathimerini qəzetində məlumatlar dərc olunub. Yunan mediası yazır ki, Ayasofiya ilə bağlı Türkiyəyə qarşı təzyiqlər nəticə verməyib. Yunanlar bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyinə diqqət yönəldib. "Bu, Türkiyənin ən böyük meydan oxumasıdır. Ayasofiya pasportlarda məscid olaraq yer alacaq" - yunan mediası yazıb. Yeni sənəd yaxın aylarda istifadəyə veriləcək.

Qeyd edək ki, pasportun üzərində Ayasofiya məscidi ilə yanaşı Topqapı sarayı və birinci məclis binasının görünüşü yer alıb. İstanbulda yerləşən Ayasofiya əvvəllər provoslav kilsəsi olub. Daha sonra isə məscidə çevrilib.


Etiketlər:  Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etiraz doğurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ