Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili geyiminə görə aktrisanı hədəfə aldı - FOTOlar

Millət vəkili geyiminə görə aktrisanı hədəfə aldı - FOTOlar

Tarix: 12 May 2022 18:50

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) keçmiş millət vəkili Əhməd Çakar aktrisa Melis Sezeni sərt sözlərlə tənqid edib.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, o, tədbirlərin birinə dərin dekolteli libası ilə qatılmış Melis Sezeni bu sözlərlə hədəfə alıb:

"Mən onun adını və ya haqqında başqa bir şey bilmirəm. Bir müddət əvvəl həmin aktrisanı qala-gecəyə dəvət ediblər. Elə libas geyinib ki, törədilməsi barədə şikayət olunmayan cinayətdir. Çünki sənətçi dekolte ilə özünü tamamilə çılpaq şəkildə cəmiyyətə göstərir. Xanımın büstqalteri belə yoxdur, sinə dekoltesi göbəyə qədər açıqdır. Bu xalis əxlaqsızlıq deyilmi?!"

Qeyd edək ki, "Sadakatsiz" serialı ilə məşhurlaşan Melis Sezen "Pantene-Altın Kelebek" mərasimində "Parlayan Yıldızlar" kateqoriyasında mükafat alıb. Tədbirə dərin dekolteli geyimi ilə qatılmaqla o, müzakirələrə səbəb olmuşdu.

Aktrisa Hazal Kaya Çakarın hədəfində olan həmkarına dəstək verib:

"Yenə millət vəkilləri oturub nəvəniz yaşında qadının dekoltesindən və bədənindən danışırsınız. Qadına şiddət cinayət deyilmi? Yoxsa onları bu cür hədəfə almaq olar?!"


Etiketlər:  Millət vəkili geyiminə görə aktrisanı hədəfə aldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ