Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ atları Britaniyanı valeh etdi - FOTOREPORTAJ

Qarabağ atları Britaniyanı valeh etdi - FOTOREPORTAJ

Tarix: 13 May 2022 13:52

Dünən Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi "Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Milli.Az-a Azərbaycan Atçılıq Federasiyasından verilən məlumata görə, ölkəmizdən Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 min tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik "Odlar yurdu" tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nəzərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı olaraq təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Qarabağ atları Britaniyanı valeh etdi FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ