Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli deputat İlham Əliyevin Rizədə hava limanının açılışında iştirakından danışdı

Türkiyəli deputat İlham Əliyevin Rizədə hava limanının açılışında iştirakından danışdı

Tarix: 16 May 2022 16:09

"Azərbaycan Prezidenti İlham Əliyevin Rizə-Artvin Hava Limanının açılışında iştirakı, çıxışında qardaşlıq, həmrəylik və daha da gücləndirilmiş əməkdaşlıqdan bəhs etməsi, həmçinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsində Türkiyənin mənəvi və siyasi rolunu xüsusi vurğulaması Türkiyə ictimaiyyətində böyük təqdirlə qarşılanıb".

Bu fikirləri report-a açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyadan olan deputatı İbrahim Aydın deyib.

Onun sözlərinə görə, Azərbaycan liderinin Rizə-Artvin Hava Limanının açılışında iştirakı yalnız simvolik xarakter daşımır:

"Cənubi Qafqazın parlayan siyasi lideri kimi İlham Əliyev həm də qardaşları ilə bərabər olduğunu və Türkiyə-Azərbaycan münasibətlərinin xüsusilə son illərdə təxmin edildiyindən daha çox dərinləşdiyini isbat etdi".

İ.Aydın Azərbaycan-Türkiyə həmrəyliyinin hər iki ölkəyə qazandırdığı nailiyyətlərdən də bəhs edib:

"Rizədə şahid olduğumuz o qardaşlıq və birlik həm də ayrı-ayrılıqda ölkələrimizə ciddi siyasi, iqtisadi, hərbi və diplomatik uğurlar qazandırıb. Bu uğurlar bizim beynəlxalq arenada təklənməyimizə qarşı immunitet rolunu oynayır. Həmçinin, gələcəkdə də qarşıya qoyduğumuz məqsədlərimizə çatmaqda maneə olan bütün əngəlləri dəf etmiş olacaq".

Milli.Az


Etiketlər:  Türkiyəli deputat İlham Əliyevin Rizədə hava limanının açılışında iştirakından danışdı


RƏYLƏR